Mafiya İtaliyanı qarışdırdı
İtaliyada turizm cənnətlərindən biri sayılan Vallo della Lucania vilayətinin Pollica qəsəbəsinin bələdiyyə sədri Angelo Vassalo bu səhər şəxsi avtomobilində ölü tapılıb. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, İtaliyanın ən qüdrətli mafiyalarından olan “Camorra”nın nüfuzu və təsirinin daha çox olduğu bu bölgədə bələdiyyə sədrinə tapançadan 9 dəfə atəş açılıb.
Olay ölkəni silkələyib. Turizm bölgəsində mağaza sahibləri mağazalarını bağlayaraq cinayətə etirazlarını bildiriblər. Angelo Vassalonun qanunlara əməl edərək fəaliyyət göstərməyə çalışdığını deyən prokuror Alfredo Greco istintaqın hərtərəfli aparıldığını bildirib: “Angelo Vassalo son zamanlar olduqca qayğılı idi, bəzi hadisələrlə bağlı proseslər barədə mənə davamlı məlumat verirdi. Qanunsuz işlərlə daim mübarizə aparırdı”.
Vallo della Lucania vilayətinin valisi Gianfranco Grippo isə qeyd edib ki, bölgədə “Camorra” mafiyasının fəaliyyətinin bütünlüklə sona çatmadığı məlumdur: “Bu vəhşi cinayətin arxasında duran səbəbi aydınlaşdırmaq istəyirik. İndi hər hansı ehtimal irəli sürmək istəmirəm”.
Qeyd edək ki, əsas sənəti balıqçı olan və Demokrat Partiyasının tanınmış üzvləri sırasında yer alan Angelo Vassallo 2 uşaq atasıdır.

Oxşar yazılar

Çilidə güclü zəlzələ baş verdi
18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi
17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu
17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?
17 iyul 2025 , 17:34
İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici
17 iyul 2025 , 16:22
575 bal yığan abituriyenti evdən qovdular
17 iyul 2025 , 15:09
NASA “super-Yer” planeti kəşf etdi
17 iyul 2025 , 04:11