Pakistanda yeni sel fəlakəti gözlənilir!
Pakistanı növbəti sel fəlakəti gözləyir. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Ramazan Bayramına qısa müddət qalmış yeni bir sel fəlakətinin qapıda olduğu haqda açıqlamalar Pakistan xalqını qorxudur.
Çadır düşərgələrində səfalət içərisində yaşayan insanlar tapdıqları traktor və ulaq arabaları ilə daha təhlükəsiz yerlərə getməyə çalışırlar. Vasitə tapa bilməyib çadır düşərgələrində qalmağa məcbur olanlar isə yoluxucu xəstəlik təhdidi ilə üz-üzədirlər
Bu arada BMT sel fəlakətinin yaşandığı Pakistana edilən beynəlxalq yardımların kifayət etmədiyini açıqlayıb. Təşkilatdan verilən açıqlamada seldən zərər çəkənlər üçün təcili qida, tibbi ləvazimat, sığınacaq və təmiz su təminatına ehtiyac olduğu, yüz milyonlarla dollarlıq yeni yardım paketinin zərurətə çevrildiyi bildirilib. Selin vurduğu qorxunc zərərin gedərək ağırlaşdığı bildirilən açıqlamada keçən ay tələb edilən 460 milyon dollarlıq yardım paketinin ən azı ikiqat artırılması tələb edilib.
BMT baş katibinin Pakistana yardım işlərini koordinasiya etmək üçün səlahiyyət verdiyi xüsusi nümayəndəsi Jan Mauris Ripet İslamabadda keçirdiyi mətbuat konfransında indiyə qədər 310 milyon dollar toplandığını bildirib. O, bu rəqəmin kifayət etmədiyini, 8-10 milyon insanın təcili yardıma ehtiyac duyduğunu qeyd edib.
Qeyd edək ki, tarixinin ən böyük fəlakətini yaşayan 180 milyonluq Pakistanda seldən zərər çəkənlərin sayı 20 milyon nəfərdən çoxdur. Coğrafi əngəllər və selin səbəb olduğu mənfi şərtlər səbəbilə hələ 3 milyon insana yardım çatdırmaq mümkün olmayıb.

Oxşar yazılar

Çilidə güclü zəlzələ baş verdi
18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi
17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu
17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?
17 iyul 2025 , 17:34
İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici
17 iyul 2025 , 16:22
575 bal yığan abituriyenti evdən qovdular
17 iyul 2025 , 15:09
NASA “super-Yer” planeti kəşf etdi
17 iyul 2025 , 04:11