
“Rusiya hərbi bazasının Ermənistanda qalma müddətinin uzadılması böyük təhlükədir”
Bu sözləri APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze deyib. Rusiyanın Ermənistanın Gümrü şəhərindəki hərbi bazasının Ermənistanda qalma müddətinin uzadılmasına münasibət bildirən Q. Vaşadzenin fikrincə, bu hərbi bazanın gücləndirilməsi daha çox Ermənistanın müstəqilliyi üçün böyük təhlükədir: “Çünki bu hərbi baza heç kimə təhlükəsizlik, stabillik və əməkdaşlıq imkanları vəd etmir. Eyni zamanda bu baza Cənubi Qafqazda mövcud olan münaqişələrin sivil və diplomatik yolla həllinə də şərait yaratmır. Rusiya hərbi bazasının yeganə məqsədi bölgədə gərginliyi gücləndirməkdir. Bu hərbi bazanın Ermənistanda fəaliyyət müddətinin 24 il uzadılması və onun funksiyasının dəyişdirilməsi region üçün böyük təhlükədir”.
Oxşar yazılar

Çilidə güclü zəlzələ baş verdi
18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi
17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu
17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?
17 iyul 2025 , 17:34
İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici
17 iyul 2025 , 16:22
575 bal yığan abituriyenti evdən qovdular
17 iyul 2025 , 15:09
NASA “super-Yer” planeti kəşf etdi
17 iyul 2025 , 04:11