Qorxulu virus Türkiyədə də yayılmağa başladı
08 sentyabr 2010 13:52 (UTC +04:00)

Qorxulu virus Türkiyədə də yayılmağa başladı

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə bu gün Türkiyə Səhiyyə Nazirliyi rəsmi açıqlama yayıb.

Məsələ ilə bağlı bu gün Nazirlər Kabinetinin üzvlərinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Qərbi Nil xəstəliyi Azərbaycan sərhədlərinə yaxınlaşır. İyulun 16-dan sentyabrın 1-dək Rusiyanın Volqoqrad vilayətində 206 nəfər Qərbi Nil qızdırma xəstəliyinə yoluxub. Xəstələrin sayı günbəgün artır. Volqoqrad vilayətində artıq 6 nəfər ölüb. Yoluxma hallarına Həştərxan, Voronej və Rostov vilayətlərində də rast gəlinib. Ümumiyyətlə, virus Rusiyanın cənub vilayətlərində daha sürətlə yayılır və Azərbaycan sərhədlərinə yaxınlaşır.

Qeyd edək ki, öldürücü təhlükəyə malik virus adi ağcaqanadlar vasitəsi ilə yayılır. Virus beyin və əsəb sistemini sıradan çıxarır. Xəstəliyə qarşı dərman yoxdur. Virusun inkişaf dövrü 5 gündür. Yoluxan şəxsin hərarəti sürətlə yüksəlir. Virus uşaqlar və 50 yaşdan yuxarı olan şəxslər üçün daha təhlükəlidir.

Böyük fateh Makedoniyalı İsgəndərin ölümünün səbəbi də məhz Qərbi Nil virusuna yoluxması olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 790

Oxşar yazılar

"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34
İsrail ordusunda  İNTİHARLAR:   2011-ci ildən bəri ən yüksək göstərici 

İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici 

17 iyul 2025 , 16:22
575 bal yığan abituriyenti evdən qovdular

575 bal yığan abituriyenti evdən qovdular

17 iyul 2025 , 15:09
NASA “super-Yer” planeti kəşf etdi

NASA “super-Yer” planeti kəşf etdi

17 iyul 2025 , 04:11