Erməni nazir İrana gedir
Sentyabrın 15-16-da Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iranlı həmkarı Mənuçehr Müttəkinin dəvəti ilə Tehrana səfər edəcək.
Səfər zamanı erməni nazirin İslam Respublikasının rəhbərliyi və başqa rəsmi şəxslərlə görüşü planlaşdırılıb.
Erməni həmkarını qarşılamaq ərəfəsində İranın xarici işlər naziri Mənuçehr Müttəki ilə prezident Mahmud Əhmədinijat arasında münasibətin gərginləşdiyi haqda xəbər yayılıb.
Xəbərlərə görə, İran XİN-in başçısı ölkə parlamenti tərəfindən ciddi himayə olunur. M.Əhmədinijatla ölkənin məclisi arasında münasibət heç də qaydasında deyil. Yerli müşahidəçilərin fikrincə, məclisi saymadığı kimi Əhmədinijat onun müdafiə etdiyi xarici işlər naziri ilə də hesablaşmır. Prezidentin «təyin etdiyi xüsusi elçilər» xarici siyasət kursunu bu sahəyə cavabdeh olan xarici işlər naziri ilə məsləhətləşmədən icra edir.
M.Müttəki isə belə davranışı özünə qarşı «təhqir hesab edib». Odur ki, yaxın zamanlarda onun istefaya göndəriləcəyi haqda söz-söhbət dolaşmaqdadır.
Belə bir hal isə parlamenti qıcıqlandırır. Onlar bildirib ki, Müttəkinin istefaya göndərilməsi «cavabsız qalmayacaq». Qeyd edək ki, Mənuçehr Müttəki Əhmədinijatla 6 ilə yaxındır işləyir. Ötən ildə onun istefaya göndəriləcəyi haqda fikrilər səsləndirildi. Onda nazir məsələyə çox soyuqqanlı yanaşdı bildirdi ki, prezidenti mövqeyinə hörmət edir. Bəzi təhlilçilərə görə, M.Mənuçehrin başına gələnlər onun müavininin «erməni soyqırımı» ifadəsini işlətməsi ilə bağlıdır. Təbii ki, bu xəbərlər İran hakimiyyəti daxilində baş verən gizlinlərdən sızıntılar əsasında yayılar. Bununla belə, indiki vəziyyətdə iqtidarın yuxarı eşelonunda münasibətlərin daha kəskinləşdiyini də istisna etmək olmaz.
Sədrəddin Soltan

Oxşar yazılar

Azərbaycanlı MMA döyüşçüsü Rusiya vətəndaşlığından çıxarıldı-VİDEO
16 iyul 2025 , 23:17
Əkrəm İmamoğluna hökm oxundu
16 iyul 2025 , 15:02
Küçədə məktəblilərin gözü önündə cinsi əlaqədə oldu, həbs edildi
16 iyul 2025 , 13:23
Pul sayan kassir milyonçu oldu
16 iyul 2025 , 13:08
Qadın keçmiş sevgilisini qaçırıb zorladı
16 iyul 2025 , 11:55
Şahin Şıxlinski barədə cinayət işi açıldı, oğlu saxlanıldı-YENİLƏNİB
16 iyul 2025 , 07:43
Sərxoş kişi sərnişinləri olan avtobusu qaçırdı
16 iyul 2025 , 07:08