Rusların Tiflisə yolu bağlanıb
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər üzrə komitəsinin sədri, bu ölkənin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Konstantin Kosaçev söyləyib.
Konstantin Kosaçev deyib ki, Gürcüstan hakimiyyəti faktiki Rusiya nümayəndə heyətini AŞ PA-nın Hüquqi məsələlər və İnsan Hüquqları Komissiyasının 16-17 sentyabr tarixlərində Tiflisdə keçiriləcək iclasına buraxmayıb. O, AŞ PA-nın iclasında bu məsələnin müzakirə edilməsinə çalışacaqlarını söyləyib.
Konstantin Kosaçev bildirib ki, AŞ PA-nın Hüquqi məsələlər və İnsan Hüquqları Komissiyasının Rusiyadan olan üzvləri son ana qədər Tiflisdə keçiriləcək iclasda iştiraka hazırlaşıblar: “Təşkilati məsələlərin həlli zamanı aydın oldu ki, Gürcüstan hakimiyyəti əvvəlcə komissiyanın Rusiyadan olan üzvlərinə Tiflis aeroportunda viza verəcəyinə söz verib. Ancaq sonradan Gürcüstan hakimiyyəti belə şərt irəli sürdü ki, viza yalnız ölkənin işğal olunmuş ərazilərində Gürcüstanın qanunlarını pozmamış komissiya üzvlərinə veriləcək. Deməli, Abxaziya və Cənubi Osetiyaya Gürcüstan hakimiyyətindən icazəsiz gedənlərə viza verilməyəcək. Bu, Gürcüstanın AŞ PA qarşısında götürdüyü öhdəliyə ziddir. Rəsmi Tiflis AŞ PA-nın komissiyasının Rusiyadan olan üzvlərinin maneəsiz iclasda iştirakına şərait yaratmalı idi”.

Oxşar yazılar

"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu
14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA: ölənlər var
14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər xlordan zəhərləndi
13 iyul 2025 , 22:47
Londonda təyyarə qəzaya uğradı
13 iyul 2025 , 22:16
İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09