PKK və “Hizbullah” atışdı
Sentyabrın 14-də axşam saatlarında Livanın paytaxtı Beyrutda PKK terror təşkilatı və “Hizbullah” Hərəkatının üzvləri arasında silahlı qarşıdurma baş verib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, qarşıdurmanın səbəbi 50 nəfərlik PKK qrupunun İranın PKK/PJAK-a qarşı son günlər həyata keçirdiyi əməliyyatlara və terror təşkilatı üzvlərini edam etməsinə etiraz əlaməti olaraq Beyrutun bölgəsində aksiya keçirməsi olub.
PKK üzvlərinin İran hakimiyyətinə qarşı aksiya keçirdikləri xəbərini alan “Hizbullah” mənsubları qısa müddətdə o bölgəyə gəliblər. “Hizbullah” üzvlərinin PKK qrupunun etiraz aksiyasına mane olmaq cəhdi qarşıdurmaya yol açıb. Odlu silah və kəsici alətlərdən istifadə olunan qarşıdurma gecə saatlarında da davam edib. Olayda PKK üzvü olan 2 nəfər həyatını itirib, 8 üzvü yaralanıb.
Qeyd edək ki, bundan bir ay əvvəl də Beyrutda PKK və “Hizbullah” mənsubları arasında birincilərin mağazalardan xərac yığmaq niyyətinə düşmələri səbəbindən silahlı qarşıdurma baş verib. Həmin vaxt da 1 PKK üzvü öldürülüb, 6 terrorçu isə yaralanıb.

Oxşar yazılar

"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu
14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA: ölənlər var
14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər xlordan zəhərləndi
13 iyul 2025 , 22:47
Londonda təyyarə qəzaya uğradı
13 iyul 2025 , 22:16
İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09