Müsəlman dünyasında şok olay!
Fransa Senatının ictimai yerlərdə çadra ilə gəzməyə qadağanı nəzərdə tutan qanunu qəbul etməsinə Misirdən sürpriz dəstək gəlib.
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bir çox islam ölkəsinin nüfuzlu dini mərkəzləri və ictimaiyyət Fransanın addımını azadlıqların məhdudlaşdırılması kimi qəbul etsə də, Misir hakimiyyətinə yaxınlığı ilə seçilən, həm də dini mərkəz sayılan nüfuzlu El Ehzer Universiteti qərarı dəstəkləyib.
Fransa prezidenti Nikola Sarkozinin imzalamasından sonra qüvvəyə minəcək qanuna dəstək verən El Ezher Universiteti bəyan edib ki, çadranın heç bir dini əsası yoxdur. El Ehzer Universitetinin Dini Şurasının üzvü Abdülmuti El Bayumi deyib ki, Quran, o cümlədən sünnət çadra ilə bağlı heç nə tövsiyə etmir. O, universitetdəki digər professorların da Fransa Senatının qərarını dəstəklədiyini söyləyib: “Qapalı çarşabın İslamda yeri yoxdur. Fransada bacılarımızın bəzilərinin belə bürünməsini görməkdən üzülürəm. Bu, İslam haqqında yaxşı təəssürat yaratmır”.
Qeyd edək ki, El Ehzer Universiteti həm də dünyada müsəlman sünni dünyasının nüfuzlu mərkəzlərindən biri kimi qəbul olunur .Universitet öz tələbələrinin də çadra gəzdirməsinə qarşı çıxır.

Oxşar yazılar

"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu
14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA: ölənlər var
14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər xlordan zəhərləndi
13 iyul 2025 , 22:47
Londonda təyyarə qəzaya uğradı
13 iyul 2025 , 22:16
İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09