“Ded Xasan”ı güllələdilər
Sentyabrın 16-da axşam saat 20:00 radələrində Rusiyada kriminal dairələrdə məşhur avtoritet kimi qəbul olunan “Ded Xasan” ləqəbli Aslan Usoyan güllələnib.
Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, killer 73 yaşlı “Ded Xasan”a Moskvanın Tversk küçəsindəki 12 mərtəbəli binanın 3-cü mərtəbəsindən atəş açıb.
Bu zaman “Ded Xasan” binanın həyətində imiş. Kriminal avtoritet və mühafizəçisi yaralanıb. “Ded Xasan” qarın boşluğundan gülə yarası alıb. Mənzildən atəş açılan silah tapılıb. Bu, Çin istehsalı olan snayper silahıdır. “İnterfaks” agentliyi olay yerində bir gənc qız və oğlanın saxlanıldığı barədə xəbər yayıb.
“Ded Xasan”ın özü hazırda Botkinsk xəstəxanasındadır. Qarın boşluğuna dəyən güllə onun orqanlarına toxunmayıb, həyatı təhlükədə deyil. Bina Rusiya xüsusi təyinatlı milis dəstələri ilə əhatə olunub.
Qeyd edək ki, “Ded Xasan” bir il əvvəl güllələnərək öldürülən “Yaponçik” ləqəbli Vyaçeslav İvankovun dostudur. Milisin versiyasına görə, “Ded Xasan” Krasnodar vilayətində bir idman obyektinə nəzarət uğrunda cinayətkar qruplaşmalar arasında gedən mübarizəyə görə güllələnib.

Oxşar yazılar

Məşhur aktyor Halk Hoqan xəstəxanaya yerləşdirildi
19 iyun 2025 , 02:32
İsrail 60 qırıcı ilə Tehranda 20-dən çox hərbi hədəfi vurdu
19 iyun 2025 , 00:32
İran ilk dəfə "Səccil" raketini buraxdı
18 iyun 2025 , 23:08
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
18 iyun 2025 , 17:47
İsrail İranın Daxili Təhlükəsizlik Qərargahını MƏHV ETDİ
18 iyun 2025 , 17:38
Trampın İran planı nədir? - Yeni TƏFƏRRÜATLAR
18 iyun 2025 , 16:28
Lukaşenko Belarusdakı aclıqdan DANIŞDI
18 iyun 2025 , 13:48