İstanbul 200 nəfərlik təxribatçı qrupu gözləyir
Bu gün ABŞ vətəndaşı olan 200 yunan İstanbuldakı Ayasofiya muzeyində xristian dini ayinini icra etmək üçün Türkiyəyə gələcək.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Yunan-Amerika Mədəniyyət Dərnəyinin sədri Şris Spirounun rəhbərlik etdiyi qrup Ayasofiyada dini mərasim həyata keçirmək niyyətindədir.
Qrupun iki gün əvvəl verdiyi bəyanatında qeyd olunub ki, əgər Ayasofiyanın içərisinə buraxılmasa, kompleksin kənarında dini mərasimi icra edəcək. Fənər Yunan Kilsəsi artıq bu niyyətə qarşı olduğunu bəyan edib və Türkiyə hökumətinin rəsmilərinə bu olayla əlaqəsinin olmadığını çatdırıb. Yunanıstan xarici işlər naziri Dimitris Droutsas da Fənər Yunan Kilsəsinin mövqeyinə sayğı ilə yanaşılması gərəkdiyini söyləyib.
Türkiyə hökuməti yunan qrupun Ayasofiyada dini mərasim həyata keçirmək niyyətindən əl çəkməyəcəyi halda İstanbulun mərkəzində yunanlarla türklər arasında əlbəyaxa dava-dalaşın yaşanacağından və Türkiyənin beynəlxalq aləmdə imicinə ciddi zərbə dəyəcəyindən ehtiyatlanır. Türkiyənin mədəniyyət naziri Ərtoğrul Günay deyib ki, muzeyə biletsiz heç kəs buraxılmayacaq. Dünən axşamdan başlayaraq isə Ayasofiyanın ətrafında çoxlu sayda polis gətirilib. Polis muzeyin kənarında dini mərasim həyata keçirməyə cəhd göstərəcək yunan qrupu ərazidən uzaqlaşdırmalıdır.
Qeyd edək ki, Ayasofiya Roma imperiyası dövründə kilsə, Osmanlı dövründə məscid kimi fəaliyyət göstərib. Ayasofiya hazırda muzey statusundadır. Yunanların Ayasofiyada dini mərasim keçirmək niyyətləri bu şəhərin tarixən yunanlara məxsus olması iddiasının bir daha gündəmə gətirilməsi anlamını daşıyır.

Oxşar yazılar

Rusiyada 31 nəfər xlordan zəhərləndi
13 iyul 2025 , 22:47
Londonda təyyarə qəzaya uğradı
13 iyul 2025 , 22:16
İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09
Ukraynada daha bir Azərbaycan əsilli hərbi qulluqçu öldü
13 iyul 2025 , 14:43
İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46