Əhməd Zakayev Polşada həbs edilib
Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, o, Polşada keçirilən Ümumdünya çeçen Konqresində iştirak etmək üçün bu ölkəyə gəlibmiş.
Polşa televiziyası bildirir ki, Varşava polisi Zakayev Polşa prokurorluğuna gedən zaman onu tutub. O, prokurorluq orqanlarından hansı səbəb axtarıldığını soruşmaq istəyirmiş. Həbsdən sonra Zakayevi prokurorluğa aparıblar.
Qeyd edək ki, Rusiya Əhməd Zakayevin barəsində İnterpol vasitəsilə axtarış elan edib. Moskva onun tutulması ilə bağlı Varşavaya ayrıca olaraq müraciət də göndərib. Polşa tərəfi Zakayevin beynəlxalq order əsasında həbs oluna biləcəyini vurğulamışdı. Amma onun Rusiyaya ekstradisiyası məsələsi açıq qalır.
Əhməd Zakayev Böyük Britaniyada yaşayır və bu ölkədən siyasi sığınacaq alıb. O, 2002-ci ildə Kopenhagendə həbs olunub. Amma Danimarka Rusiya Baş Prokurorluğunun təqdim etdiyi materialların kifayət qədər sübut olmadığı üçün Zakayevi Moskvaya verməkdən imtina edib.

Oxşar yazılar

Rusiyada 31 nəfər xlordan zəhərləndi
13 iyul 2025 , 22:47
Londonda təyyarə qəzaya uğradı
13 iyul 2025 , 22:16
İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09
Ukraynada daha bir Azərbaycan əsilli hərbi qulluqçu öldü
13 iyul 2025 , 14:43
İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46