Yəməndə müxalifət geri çəkilmir
0
0
Yəmən və Suriyada gərginlik səngimir. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Yəmənin cənubundakı Taiz şəhərində minlərlə insan yenə meydanlara çıxıb. Nümayişçilər şəhər mərkəzində hökumət əleyhinə şüarlar səsləndirərək prezident Əli Abdulla Salehin istefasını tələb ediblər.
Qeyd edək ki, 11 fevralda etiraz aksiyalarının başladığı Yəməndə indiyə qədər 120 nəfərin öldüyü, 5 min insanın yaralandığı açıqlanıb.
Müxalifətin üsyana qalxdığı digər ölkədə - Suriyada isə fövqəladə vəziyyət haqqında qanunu əvəz edəcək milli təhlükəsizlik qanunun ilə bağlı işlər başa çatdırılmaq üzrədir. Ölkədə may ayında həyata keçirilməsi planlaşdırılan islahatla 48 ildir, tətbiq olunan fövqəladə vəziyyət rejimi ləğv ediləcək.