Ayaz Vəfalı vəfat etdi
11 oktyabr 2026 07:52 (UTC +04:00)

Ayaz Vəfalı vəfat etdi

0

Tanınmış şair, tərcüməçi, "Ədəbiyyat qəzeti"nin keçmiş baş redaktoru Ayaz Vəfalı vəfat edib.

Lent.az xəbər verir ki, A.Vəfalı 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ayaz Vəfalı 1937-ci il aprelin 1-də Azərbaycanın Cəlilabad rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil alıb (1954–1959). 

O, əmək fəaliyyətinə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında başlayıb. Burada texniki katib, ədəbi işçi, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, baş redaktorun müavini olub (1960–1976). "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində işlədikdən sonra (1976–1977), yenidən "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1977–1978), məsul katib (1978–1993), baş redaktorun müavini (1993–1996) vəzifələrində çalışıb. 1996–2014-cü illərdə "Ədəbiyyat qəzeti"nin baş redaktoru olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 257

Oxşar yazılar