Qazaxda 73 yaşlı Gürcüstan vətəndaşı TIR-ın sükanı arxasında öldü
11 oktyabr 2026 12:00 (UTC +04:00)

Qazaxda 73 yaşlı Gürcüstan vətəndaşı TIR-ın sükanı arxasında öldü

0

Qazaxda kişi meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində qeydə alınıb.

Gürcüstan vətəndaşı, 73 yaşlı L. Lanxavanın meyiti idarə etdiyi TIR markalı yük avtomobilində aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, L. Lanxava ürək tutmasından vəfat edib.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar