Çe Gevaranı tutanı da tutdular
14 aprel 2011 17:51 (UTC +04:00)

Çe Gevaranı tutanı da tutdular

0
Lent.az-ın İspaniyanın “EFE” agentliyinə istinadən verdiyi məlumata görə, istefada olan hərbçi Boliviya prezidenti Evo Moralesə qarşı mümkün sui-qəsdlə bağlı işin təhqiqatı çərçivəsində saxlanılıb.

İstintaq versiyasına əsasən, Prado sui-qəsdçilərə əlindən gələn köməyi edib. İşlə bağlı məhkəmə iclasına məhəl qoymayanadək onun həbsi planlaşdırılmayıbmış. Oğlu və vəkili Qari Prado Arausun sözlərinə görə, məhkəmə dəniz səviyyəsindən 2558 metr hündürlükdəki Koçabamba şəhərində keçirilməsəydi, Qari Prado Salmon məhkəmə iclaslarını buraxmazdı. Amma həkimlər onun atasına məsləhət görüblər ki, ürəyindəki problemlərlə əlaqədar yüksək dağlıq ərazidə olmasın.

Moralesə qarşı sui-qəsdin istintaqı 2009-cu ildən uzanır. Həmin vaxt Boliviyanın Santa-Krus şəhər polisi xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində şərqi avropalı Eduardo Roja, Madyaroşi Arpak, habelə irlandiyalı Maykl Martin Dueyer öldürülüb, macarıstanlı Elod Toaşo və Boliviya əsilli xorvatiyalı Mario Tadiç həbs olunub. Onlar Moralesin hakim rejimini devirməyə hazırlaşan terrorçu elan olunublar.

Şübhələr general Pradoya qarşı da yönəlib. Onu terrorçuları himayədə ittiham ediblər. Təhqiqatçılar müəyyənləşdiriblər ki, istefada olan hərbçi qruplaşma lideri Roja ilə görüşüb və gözlənilən çevrilişi müzakirə edib. Qari Prado Araus isə atasının jurnalist kimi özünü təqdim edən sui-qəsdçi ilə görüşdüyünü bilmədiyini deyib.

Santa-Kruz şəhərində yaşayan general istənilən halda, 2010-cu ilin mayında ev dustaqlığına götürülüb. Onun ölkəni tərk etməsinə qadağa qoyulub, dərs dediyi universitetdən bir müddət ayrılmasına icazə verilib.

Qeyd edək ki, 1967-ci ildə Ernesto Çe Gevaranı Boliviya ərazisində tapan və əsir götürən Qari Prado Salmon tağım komandiri olub. O, partizan hazırlığı ilə məşğul olub. Prado son 30 ildə əlil arabasında gəzib. 1981-ci ildə onu təsadüfən xidmət yoldaşı yaralayıb. Nəticədə Prado müstəqil hərəkət qabiliyyətini itirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 672

Oxşar yazılar