Bu göbələkləri yığanları 9 il cəza  gözləyir
27 sentyabr 2023 10:41 (UTC +04:00)

Bu göbələkləri yığanları 9 il cəza gözləyir

Oktyabrın 12-dən Rusiya Cinayət Məcəlləsində “Qırmızı Kitab”a düşmüş göbələk eləcə də bitki növlərinin məhvinə və zədələnməsinə qarşı mübarizəni nəzərdə tutan yeni maddəsi qüvvəyə minəcək.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, vəkil Tatevik Çuquryan bu cür göbələklərin toplanmasına görə 9 ilə qədər həbs cəzası ola biləcəyi barədə xəbərdarlıq edib. Bununla belə, o qeyd edib ki, bu tədbir çox güman adi göbələk toplayanlara şamil edilməyəcək.

2023-cü ilin aprelində Rusiya prezidenti Vladimir Putin Cinayət Məcəlləsinə müvafiq dəyişiklikləri təsdiqləyib. Yeni qanuna əsasən, “Qırmızı Kitab”a daxil edilmiş bitki və göbələkləri qəsdən məhv etmə, zədələmə, qanunsuz çıxarma, toplama, əldə etmə, saxlama, daşıma, göndərmə yaxud satma 9 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Çuquryan xatırladıb ki, bu cür hərəkətlərə görə məsuliyyət İnzibati Xətalar Məcəlləsində də nəzərdə tutulub. Cinayətin təsnifatı ətraf mühitə dəymiş zərərin dərəcəsindən, təqsirkarlığın və ictimai təhlükənin dərəcəsindən asılı olacaq. Bununla belə, vəkilin fikrincə, göbələk toplayanlara qarşı cinayət məsuliyyətinin tətbiq olunması ehtimalı azdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6728

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23