Rusiyanın məşhur Telegram kanalının rəhbəri HƏBS EDİLDİ
03 noyabr 2026 11:27 (UTC +04:00)

Rusiyanın məşhur Telegram kanalının rəhbəri HƏBS EDİLDİ

0

Rusiyada Telegram-da hərbi mövzularla bağlı paylaşımlar edən kanal rəhbəri 9 il müddətinə azadlıqdan məhrum edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı məşhur bloger açıq Telegram qrupunda paylaşdığı materiallara və şərhlərə görə cinayət məsuliyyətinə cəlb olunub.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) iddia edir ki, kanal ordunun fəaliyyəti barədə yalan məlumatlar yayıb.

İstintaqın iddiasına əsasən, o, Ukraynadakı bəzi silahlı birləşmələrin fəaliyyətini dəstəkləyib. Hərbi Məhkəmə gənci təqsirli bilərək 9 il ümumi rejimli cəzaçəkmə müəssisəsində həbsə məhkum edib. Bundan əlavə, ona 5 il müddətinə internetdə material dərc etmək qadağan olunub.

Blogerin vəkili isə bu ittihamları qəbul etməyib. O, müdafiə etdiyi şəxsin günahsız olduğunu deyib.

Onu da qeyd edək ki, FTX blogerin adının yayılması ilə bağlı mediaya qadağa qoyub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar