Amerikalı aktyor Çak Norris Havay ştatında xəstəxanaya yerləşdirilib.
Lent.az xəbər verir ki, bu barədə TMZ portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, aktyor Kauai adasında xəstəxanaya aparılıb.
Qeyd olunur ki, Norris martın 10-da 86 yaşını qeyd edib.
Aktyorun xəstəxanaya yerləşdirilməsinin səbəbi açıqlanmır.
Çak Norris bir sıra kino və televiziya mükafatlarının laureatıdır və 1989-cu ildə Hollivudun “Şöhrət xiyabanı”nda ulduzla təltif olunub.