Dörd rayonda yanğın törədənlər  saxlanıldı
12 avqust 2026 13:50 (UTC +04:00)

Dörd rayonda yanğın törədənlər saxlanıldı

0

Ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri - F.Zeynalov, Ə.Əliyev, A.Ağayev və M.Şükürov tərəfindən törədildiyi məlum olub.

Yanğın hadisələri nəticəsində ümumilikdə 9 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar