PSJ və Fransa millisinin ulduzu Kilian Mbappe baş vermiş zəlzələ ilə bağlı Türkiyəyə dəstək olub.
Lent.az xəbər verir ki, ulduz oyunçu televiziyada canlı yayımlanan “Omuz-omuza” yardım kampaniyasına qoşularaq Acun Ilıcalı ilə söhbət edib.
O, zəlzələ ilə bağlı bu sözləri deyib:
"Baş verənlər həqiqətən böyük faciədir. Hətta düşündüyümüzdən daha böyük bir faciə...
Ancaq bugünkü vəzifəmiz mənim üçün qeyri-adi bir işdir. Dünya futbol ictimaiyyəti bir araya gələcək və Türkiyəyə dəstək verəcək. Bu baxımdan bu proqram mənim üçün müstəsnadır. Bunun bir parçası olmaqdan qürur duyuram.
Uşaqlara kömək etmək üçün əlimdə olan bütün imkanlardan istifadə edəcəm. Hər zaman yardımçı olmağa çalışan biri kimi Türkiyə üçün də əlimdən gələni edəcəm.
Düşünürəm ki, Türkiyə üçün hər şey çox daha yaxşı olacaq. Ümid edirəm ki, bir çox uşağın üzündə yenidən təbəssüm yaratmağı bacaracağıq".