Bakıda uşaq bağçasında  antisanitar vəziyyət - YOXLAMA
20 oktyabr 2026 10:37 (UTC +04:00)

Bakıda uşaq bağçasında antisanitar vəziyyət - YOXLAMA

0

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında plandankənar yoxlama keçiriblər.

Qurumdan Lent.az-a bildirilib ki, nəticədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar