Pakistanda "uçan boşqab" göründü-VİDEO
28 yanvar 2021 08:04 (UTC +04:00)

Pakistanda "uçan boşqab" göründü-VİDEO

“Pakistan Beynəlxalq Hava Yolları” şirkətinin pilotu Pəncab əyalətinin Rahimyar-Xan şəhəri üzərində uçan naməlum obyekt (UNO) gördüyünü bildirib.

APA xəbər verir ki, bu barədə “Geo News” telekanalı məlumat yayıb.

“Günəş işığının olmasına baxmayaraq, UNO çox parlaq idi”, - deyən pilot gündüz vaxtı çox nadir hallarda belə parlaq bir obyekt gördüyünü qeyd edib.

Onun görə, səmada gördüyü parlaq obyekt nə planet, nə də ulduz olub, o bunun Yerə yaxın olan bir “kosmik stansiya” və ya “süni planet” ola biləcəyini düşünür.

“Pakistan Beynəlxalq Hava Yolları” şirkətinin nümayəndəsi UNO-nu yanvarın 23-də saat 16:00 radələrində Karaçi-Lahor reysi ilə uçan zaman gördüyünü deyib. Həmin vaxt təyyarə yerdən 10,5 min metr yüksəklikdə olub.

“Bunun nə kimi bir obyekt olduğunu demək hələ tezdir. Əslində bunun hansı obyekt olduğunu, ümumiyyətlə, deyə də bilmərik. Ancaq bir şey qeydə alınıb və protokola uyğun olaraq bu barədə məlumat verilib”, - deyə hava yolları şirkətinin nümayəndəsi əlavə edib.

Pilotdan başqa, naməlum uçan obyekti bir çox Rahimyar-Xan şəhərinin sakinləri görüb və videolentə alınıb. İnternetdə yayılan həmin videogörüntülərdə gündüz vaxtı səmada parlaq bir nöqtə olduğu aydın seçilir.

 

# 1755
avatar

Oxşar yazılar