Fərid Rzazadə dünya çempionu  oldu
21 avqust 2026 10:22 (UTC +04:00)

Fərid Rzazadə dünya çempionu oldu

0

Azərbaycan cüdoçusu Fərid Rzazadə yeniyetmələr arasında dünya çempionu olub.

Apasport.az xəbər verir ki, Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatının ilk günündə 50 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu qızıl medal qazanıb.

Fərid Rzazadə finala gedən yolda Süleyman Doğru (Türkiyə), Bekaris Kudaybergen (Qazaxıstan) və Artur Bonatonu (Braziliya) mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə qazaxıstanlı Adiljan Nurbekeni məğlub edən cüdoçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün Azərbaycanın daha üç yeniyetmə cüdoçusi dünya çempionatında tatamiyə çıxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 164

Oxşar yazılar