İsmayıllıda "palatka" toyunda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ:  30 nəfər xəstəxanalıq oldu - YENİLƏNİB
21 avqust 2026 11:45 (UTC +04:00)

İsmayıllıda "palatka" toyunda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 30 nəfər xəstəxanalıq oldu - YENİLƏNİB

0

İsmayıllıda toyda zəhərlənənlərin sayı artıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Hacıhətəmli kəndində qeydə alınıb. 

Kənd ərazisində keçirilən mağar toyunda kütləvi zəhərlənmə olub. 

Son məlumata görə, bu gün daha 6 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib. Bununla da zəhərlənənlərin sayı 30-a çatıb.

İlkin ehtimala görə, məclisdəkilər salatdan zəhərləniblər.

Hazırda faktla bağlı araşdırma aparılır. 

***

saat 11:37

İsmayıllıda toyda kütləvi zəhərlənmə olub.

AQTA-dan Lent.az-a verilən xəbərə görə, İsmayıllıda baş verən zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.

İlkin araşdırma zamanı məlum olub ki, hadisə İsmayıllı rayonu, Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində baş verib. 24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Hazırda xəstələrin vəziyyəti yaxşıdır. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Araşdırmaların nəticələrinə uyğun tədbirlər görüləcək.

Agentlik xüsusilə yay aylarında kütləvi tədbirlər zamanı qidaların saxlanma şəraitinə və temperatur rejiminə diqqət yetirilməsinin bir daha vacibliyini vurğulayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar