Park halındakı iki avtomobildən 20 milyondan çox  pul tapıldı
27 sentyabr 2026 06:07 (UTC +04:00)

Park halındakı iki avtomobildən 20 milyondan çox pul tapıldı

0

İstanbulda keçirilən əməliyyat zamanı “Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalana məxsus olduğu müəyyən edilən iki avtomobildən 934 milyon lirəyə yaxın (təxminən 20 milyon avro) dəyərində xarici valyuta aşkarlanıb.

Lent.az xəbər verir ki, əməliyyat cinayətdən əldə edilmiş əmlakın yuyulması ilə bağlı istintaq çərçivəsində keçirilib.

Ankara Prokurorluğunun koordinasiyası ilə aparılan araşdırma zamanı pulların İstanbulun Sarıyer rayonunun Maslak ərazisindəki avtomobil dayanacağında saxlanıldığı müəyyən edilib. Avtomobillərdə 16 milyon 440 min avro və 700 min ABŞ dolları nağd pul aşkarlanıb.

Əməliyyat zamanı ümumilikdə 64700 ədəd əsginas götürülüb, pulların saxlanıldığı iki avtomobilə də həbs qoyulub.

Hadisə ilə bağlı bir şübhəli saxlanılıb, araşdırma davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 94

Oxşar yazılar