Sarkozi azadlığa buraxıldı
10 noyabr 2025 17:50 (UTC +04:00)

Sarkozi azadlığa buraxıldı

0

Nikolya Sarkozi təxminən üç həftəlik həbsdən sonra azadlığa buraxılıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Paris Apellyasiya Məhkəməsi Fransanın sabiq prezidenti Nikolya Sarkozini həbsdən azad edərək məhkəmə nəzarəti altına alıb. Məhkəmə, seçki kampaniyasını qanunsuz maliyyələşdirmək ittihamı ilə təxminən üç həftədir həbsdə olan 70 yaşlı Sarkozinin vəkillərinin apellyasiya iclasında prokurorluğun müraciətini təmin edib.

Azadlığa buraxıldıqdan sonra sabiq prezidentin ayağına elektron qolbaq taxması məcburidir. Ona, iş üzrə ittiham olunan və şahidlərlə əlaqə saxlamaq qadağan edilib.

Xatırladaq ki, daha əvvəl Fransa məhkəməsi keçmiş prezident Nikolya Sarkozini 2007-ci il seçki kampaniyasını Liviya lideri Müəmmər Qəddafidən aldığı qeyri-qanuni maliyyə ilə əlaqədar “sui-qəsddə iştirak”da təqsirli bilərək beş il müddətinə azadlıqdan məhrum edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar