Qusarda yanan evdə  qadın meyiti   tapıldı -  YENİLƏNİB
12 oktyabr 2026 17:03 (UTC +04:00)

Qusarda yanan evdə qadın meyiti tapıldı - YENİLƏNİB

0

Qusardabaş verən yanğında ölən şəxsin kimliyi müəyyən olunub.

Lent.az xəbər verir ki, meyiti tapılan şəxsin 83 yaşlı Hürüpəri Abdulkərimova olduğu bildirilir.

Hadisə oktyabrın 12-də gecə saatlarında baş verib.

***

15:53

Qusar rayonunun Xuroba kəndində fərdi yaşayış evində yanğın baş verib.

Lent.az-ın məlumatına görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikililər alovdan mühafizə edilib.

Yanğın yerində aparılan kəşfiyyat zamanı bir nəfərin meyiti aşkarlanıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 816

Oxşar yazılar