Ukrayna ordusu hər gün nə qədər hərbçisini itirir? -  AÇIQLAMA
09 iyun 2022 17:52 (UTC +04:00)

Ukrayna ordusu hər gün nə qədər hərbçisini itirir? - AÇIQLAMA

Ukrayna Silahlı Qüvvələrinin hər gün 100-ə qədər hərbçisi ölür və 500 nəfər yaralanır. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov açıqlama verib.

O, cəbhədəki vəziyyətin ağır olduğunu bildirib.

Bundan əvvəl də Ukrayna Silahlı Qüvvələrinin Donbasdakı xoşagəlməz vəziyyətini Amerika kəşfiyyatı etiraf etmişdi. Bildirilirdi ki, Ukrayna hərbçiləri ağır itkilər verir, döyüşçülər getdikcə daha çox mövqelərini tərk edirlər və ya təslim olurlar. ABŞ Rusiya ordusunun artilleriya və çoxsaylı buraxılış raket sistemlərinin çox aktiv və üstün olduğunu iddia edir. Həmçinin bildirilib ki, Donbasdakı Ukrayna ordusunun sursatları da tükənir.

Məlumatda qeyd olunur ki, Ukrayna ordusu təkcə Donbasda deyil, Nikolayev vilayətində də itki verir. Bunu Ali Radanın deputatı Roman Kostenko da təsdiqləyib. Onun sözlərinə görə, uzaqmənzilli artilleriya Ukrayna Silahlı Qüvvələrinə böyük itkilər verir.

# 1875
avatar

Oxşar yazılar