APA TV-nin məlumatına görə, bu məsələ AKP İğdırda bələdiyyə seçkilərini uduzduqdan sonra gündəmə gəlib. İğdırda 8 min üzvü olan partiya seçkilərdə cəmi 4500 səs topladıqdan sonra AKP yerli təşkilatının sədri istefa verib. İğdırlılar hesab edir ki, AKP-nin seşkilərdə məğlubiyyətinə səbəb partiyanın rəhbər strukturlarında azərbaycanlıların təmsil olunmamasıdır. AKP İğdır təşkilatına milliyətcə kürd vətəndaşların rəhbərlik etməsi azərbaycanlı seçicilərin başqa partiyaların namizədlərinə səs verməsinə səbəb olub. Azərbaycanlılar hesab edir ki, əgər AKP İğdır təşkilatına azərbaycanlı rəhbər təyin olunsa, partiya növbəti seçkilərdə İğdırda zəfər qazanacaq. Azərbaycanlıları öz ətrafında toplaya biləcək ən şanslı namizəd isə İğdır tarixində ilk dəfə ard-arda iki bələdiyyə seçkilərində qalib gəlmiş, 2009-cu il seçkilərində isə bütün təzyiqlərə rəğmən 33 faiz səs toplamış Nurəddin Arasdır. İğdırlılar hakim partiyanın seçkilərdəki məğlubiyyətini və çıxış yolunu da bilirlər. İğdır sakini Məhəmməd Sayhan deyib ki, İğdırda Nürəddin Arasın AKP rayon təşkilatına seçilməsi ilə bağlı söhbətlər gəzir. İğdırdakı 100 min azərbaycanlı buna çox sevinib. Biz Azərbaycan türkləri olaraq İğdırda iqtidarla birlikdə fəaliyyət göstərmək istəyirik. 10 il ərzində İğdırda bələdiyyə sədri olmuş Nürəddin Arasın AKP-nin rayon təşkilatına sədr seçiləcəyi xəbəri biz 100 min azərbaycanlını çox sevindirib. Bununla bağlı AKP-dən gələcək xəbəri səbirsizliklə gözləyirik". İğdır Şəhid Ailələri Dərnəyinin təsisçisi Qənbər Güzəlkayanın sözlərinə görə, bu günə kimi İğdırda hakim partiyanın yerli təşkilatları həmişə kürd vətəndaşların nəzarətində olub. O deyir ki, azərbaycanlılar son 100 ildə İğdırı ədalətlə idarə ediblər, amma son 12 ildə soydaşlarımıza qarşı açıq-aşkar ayrı-seçkilik siyasəti aparılır. Səbəb isə hakim partiya strukturlarına azərbaycanlı namizədin rəhbərlik etməməsidir. Qənbər Güzəlkayanın sözlərinə görə, təşkilata azərbaycanlı rəhbər təyin olunsa, soydaşlarımız İğdırda AKP-ni can bir qəlbdən dəstəkləyəcəklər. "AKP-nin İğdırda bələdiyyə seçkilərini uduzması düşündürücüdür. Nurəddin Aras AKP-yə müraciət etdiyi və baş nazirin ona bu şansı verdiyi halda biz də vətəndaş cəmiyyətinin üzvü, İğdır xalqı olaraq Nurəddin bəylə bərabər olacağıq və lazım gələrsə, bütün seçkilərdə ona dəstək verəcəyik. İqtidarın nemətlərindən faydalanacağıq. Şəhərimizdəki problemlər həll olacaq və torpağımız həqiqi mənada haqqı olanı əldə edəcək". Qondarma Erməni Soyqırımı İddialarına qarşı Mücadilə Dərnəyinin rəhbəri Göksəl Gülbəy də bu fikirləri bölüşür. O hesab edir ki, əgər İğdırda 2 dəfə bələdiyyə başqanı seçilmiş, güclü elektorata sahib olan Nurəddin Aras AKP bölgə təşkilatının rəhbəri seçilsə, azərbaycanlılar hakim partiyanın mövqeyini tam dəstəkləyəcəklər. Göksəl Gülbəy iğdırlıların Nurəddin Arasın namizədliyi üzərində dayanmasını bir cümlə ilə izah edir - hakim partiyaya azərbaycanlıların dəstəyini qazandıra biləcək ikinci namizəd faktiki olaraq yoxdur. "İğdırdan 30 ildir çıxmış, orta məktəb məzunu, diplomu olmayan bir ankaralı 10 il bələdiyyə sədri olmuş şəxsə nisbətən birinci olur. Xalq buna hiddətlənib. AKP-nin İğdırda qələbə qazanması mümkündür. Bu yalnız Azərbaycan türkü olan birinin sədr seçilməsi ilə baş tuta bilər. Nurəddin Aras seçilsə AKP-nin burada nüfuzu artacaq, burada daha yaxşı nəticələr əldə edəcək, xüsusilə buradakı azərbaycanlılar və BDP-li olmayan kürdlər AKP-yə axışacaq". Qeyd edək ki, artıq Nurəddin Aras boş qalan AKP İğdır təşkilatının rəhbərliyinə öz namizədliyini rəsmən irəli sürüb. Ankarada AKP rəhbərliyi ilə görüşlər keçirən Nurəddin Arasın namizədliyi müsbət qarşılanıb. Partiyanın rəhbər orqanları yekun qərarı yaxın günlərdə açıqlayacaqlar.
DÜNYA
- Ana səhifə
- DÜNYA
Ərdoğanın partiyasının rəhbər strukturunda azərbaycanlı təmsil oluna bilər
- Bakıda bu yollarda sıxlıq var - SİYAHI
- Fermer südün qiymətinə belə etiraz etdi - VİDEO
- Sabah bu rayonun suyu kəsiləcək
Oxşar yazılar
XƏBƏR LENTİ
12:43Seçicilər ayılara görə səsverməyə gedə bilmir
12:25Leysan, şimşək, dolu - SABAHIN HAVASI
12:09Qaxda AĞIR QƏZA: 4 yaralı var
11:57Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib
11:54Pişik sahibini niyə iyləyir?
11:35Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
11:18Masazırda kişi qonşunun uşağını döydü - Öz övladına görə
11:00“Bu birlik bizim ən böyük gücümüz idi” - Antiterror iştirakçısı
10:53Sərxoş qadın ərini oxlovla döyüb öldürdü
10:36Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
10:17Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
10:08Cümə namazı vaxtı törədilən terror nəticəsində ölənlərin sayı 31-ə çatdı - YENİLƏNİB
10:00Həbsxana kameralarına həddən artıq adam doldurdular: 37 nəfər öldü
09:47Antiterror tədbirləri: DİN-in döyüş yolu - VİDEO
09:42İtaliyanın əfsanəvi futbolçusu vəfat etdi
09:30Günün hava proqnozu
09:25Bu mahnı musiqiçinin ölümündən sonra zarafat kimi yazılıb: bir nömrəli hitə çevrilib
09:09Ən qisasçı BÜRCLƏR - İncikliyi illərlə unutmurlar
09:00Günün ulduz falı
08:52Alimlər “ölümdən qayıdan” hüceyrələr aşkarladı
08:30Günün məzənnəsi
07:30100 ildən sonra yeni pişik növü kəşf edildi - FOTO
06:18Boşanma mübahisəsi silahlı atışmaya çevrildi: 5-i ağır olmaqla 12 nəfər yaralandı
04:48SON DƏQİQƏ: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılaşdı
03:50Trampdan Rusiyaya qarşı sərt addım: Qanun layihəsini imzaladı
02:06Şəmkirdə 13 İL ƏVVƏLKİ QƏTLin üstü açıldı - VİDEO
01:03“Şirkətinə ortaq tapdı, özünü işdən çıxardılar” - Bakıda zavod müəmması - VİDEO
00:02Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
22:35SMM kimi işə götürüldüm, xadimə kimi işlətdilər - VİDEO
22:14Nobel mükafatının məbləği artırıldı
20:59"KamAZ"da sıxılı vəziyyətdə qalan sürücü xilas edildi
20:30Sabahın hava proqnozu
20:25Azərbaycanın əməkdar artisti vəfat etdi
20:23Bakıda bu küçə 2 gün bağlı olacaq
20:15Dünyada hansı yaşda daha çox evlənirlər - ARAŞDIRMA
20:14Anar Ələkbərov Masallıda şəhid anaları ilə görüşdü - VİDEO
20:00Çimərlikdən qum oğurladı: qeyri-adi cəza verildi
19:46Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
19:38"Neftçi" Azərbaycan çempionatında 1000-ci oyununda qələbə qazandı
19:34Bakıda üzərində bıçaq xəsarətləri olan kişi meyiti tapıldı
19:21Tarixin ən uğurlu futbolçusu olan Messi - 48-ci çempionluğu var
19:08Psixoloji TEST: İlk gördüyünüz şey qorxularınızı üzə çıxaracaq
18:55Tualetdə arı sancan kişi öldü
18:42Şir, Oğlaq, yaxud Qoç: Böyük uğur üçün hansı BÜRCLƏR nəzərdə tutulub?
18:38Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTOLENT
18:30Dişlərinizi bir ayaq üstə təmizləyin - Yaşlanmaya qarşı maraqlı TÖVSİYƏ
18:17Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
18:04Pomidor sousunda lobya: iki ən yaxşı RESEPT - şam yeməyi və qış üçün
17:49Evdəki dağınıqlıq nədən xəbər verir? Psixoloji səbəblər
17:35Bakıda düz xətti qırıq xəttə çevirən CƏRİMƏLƏNDİ
17:33Daha iki küçədə avtobus zolağı çəkilir
17:27Fransadan Azərbaycana səyahət xəbərdarlığı - Rəsmi Bakıdan SƏRT REAKSİYA
17:20"Eşitdiklərimdən şoka düşdüm" - Seyfəddin Dəmirliyə qarşı dələduzluq edənin İŞİ
17:14Əlləriniz tez-tez əsir? - Səbəb təkcə stress deyil
17:00Modemi ayda bir dəfə söndürün - Səbəbi AÇIQLANDI
16:45Leysan və sel XƏBƏRDARLIĞI
16:30Qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - HADİSƏ ANI
16:21Qubada 5 nəfər yol qəzasında yaralandı
16:15Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR
16:08Sərhəd Qoşunlarının ilk komandanı dəfn olundu - YENİLƏNİB - FOTOLENT