Azərbaycanda gənclərin sürdüyü avtomobillər aşıb: 3 ölü
Noyabrın 1-də Azərbaycanın müxtəlif rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Kürdəmirdə Bakı sakini 28 yaşlı Nicat İsmayılov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan 30 yaşlı Xəyyam Əsgərov və 24 yaşlı Elnur İsmayılov isə xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər.
Goranboyda isə 25 yaşlı Hafiz Məmmədov “Cherry” markalı minik avtomobilini aşırıb. Sürücü xəstəxanaya aparılarkən yolda ölüb. Oxşar hadisə Göygöl rayonunda da qeydə alınıb. Məhəmməd Əliyev sürdüyü “VAZ 21011” markalı avtomobili aşırması nəticəsində ölüb.
Nizam RZA

Oxşar yazılar

Naxçıvanda AĞIR QƏZA: ölənlər var - FOTO
15 avqust 2025 , 00:50
Qazaxda açıq ərazidə baş verən YANĞIN: söndürüldü-VİDEO
14 avqust 2025 , 20:58
Xaçmazda DƏHŞƏT: ailəsi qarajdan kişinin meyitini tapdı
14 avqust 2025 , 19:29
Yasdan qayıdan ana və oğlu Ucarda qəzaya düşdü
14 avqust 2025 , 18:44
Dövlət xadimlərinə sui-qəsd hazırlayan şəxslə bağlı YENİ QƏRAR
14 avqust 2025 , 18:26
Pensiya "düzəldən" keçmiş baş həkimə hökm oxundu
14 avqust 2025 , 17:58
40-a yaxın azərbaycanlı Rusiyanın bu vilayətindən deportasiya olundu
14 avqust 2025 , 17:52