Azərbaycanlı qadın Antalyada faciəli şəkildə öldü - VİDEO
28 sentyabr 2026 16:10 (UTC +04:00)

Azərbaycanlı qadın Antalyada faciəli şəkildə öldü - VİDEO

0

Türkiyənin Antalya şəhərinin Manavqat bölgəsində baş verən ağır yol qəzası iki gənc qadının ölümü ilə nəticələnib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Manavqat–Alanya D-400 avtomobil yolunun Çolaklı məhəlləsi ərazisində baş verib.

Məlumata görə, Hüseyn Ç.-nin idarə etdiyi TIR yol ayrıcına yaxınlaşarkən eyni istiqamətdə hərəkətdə olan avtomobilə və işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən idarəetməni itirən ağırtonnajlı avtomobil yol kənarındakı avtobus dayanacağının üzərinə aşıb.

Nəticədə TIR dayanacaqdakı şəxslərin üzərinə aşıb. TIR-ın altında qalan 20 yaşlı Rusiya vətəndaşı Arina Dautova və 23 yaşlı Azərbaycan vətəndaşı Alyona Dovqalyovanın meyitləri çıxarılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 114

Oxşar yazılar