Kür Hacıqabulun Ağacanlı kəndində bəndi yarıb
19 may 2010 14:30 (UTC +04:00)

Kür Hacıqabulun Ağacanlı kəndində bəndi yarıb

Hacıqabul rayonunun Ağacanlı kəndi istiqamətində Kürün bəndi yarılıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, su Hacıqabul gölü istiqamətində hərəkət edir. Yarılan yerin eni 5 metrdir. Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) texnikaları və canlı qüvvəsi həmin istiqamətdə suyun qarşısını almağa çalışır.

Sabirabad rayonunun Azada kəndi istiqamətində də bəndlərdə su sızması var. Həmin kəndin əhalisi evakuasiya olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 397

Oxşar yazılar