Göygöldə içərisində xəstə olan təcili tibbi yardım maşını qəzaya düşdü
24 aprel 2026 14:37 (UTC +04:00)

Göygöldə içərisində xəstə olan təcili tibbi yardım maşını qəzaya düşdü

0

Göygöldə yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Göygöl şəhərinin Azay Kazımov küçəsində qeydə alınıb.

"Mercedes" markalı təcili tibbi yardım avtomobili ilə "VAZ 2106" markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Məlumata görə, qəza zamanı təcili tibbi avtomobilində xəstə olub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 501

Oxşar yazılar