Cəbhə xəttində monitorinq keçiriləcək
02 noyabr 2010 10:17 (UTC +04:00)

Cəbhə xəttində monitorinq keçiriləcək

0
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 3-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiks və Xristo Xristov keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus, səhra köməkçiləri Uilyam Praroy və Jaslan Nurtazin keçirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 591

Oxşar yazılar