ABŞ-da dayanacaqda doğulan körpəyə qeyri-adi ləqəb verilib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Keti Mörfidə doğuş sancıları başlayıb və o, həyat yoldaşı Stiven Kirbi ilə birlikdə xəstəxanaya yollanıb. Lakin həkimlər doğuşun hələ başlamadığını bildirərək qadını evə göndəriblər.
Axşama doğru sancılar yenidən güclənib və cütlük təcili şəkildə xəstəxanaya qayıtmağa çalışıb. Ancaq bu dəfə Keti klinikaya çatmağa macal tapmayıb.
Körpənin doğulmaq üzrə olduğunu anlayan qadın ərindən avtomobili fastfud şəbəkələrindən birinin dayanacağında saxlamağı xahiş edib.
Stiven təcili yardım çağırdığı vaxt Keti avtomobildə müstəqil şəkildə oğlan uşağı dünyaya gətirib.
Yeni doğulan körpənin səhhətinin yaxşı olduğu bildirilir. Valideynləri ona əvvəlcədən seçdikləri Kodi adını veriblər.
Qeyri-adi doğuş şəraitinə görə körpəyə əlavə “fast food” ləqəbi də verilib.