FİFA-dan “Fənərbağça”ya SƏRT QADAĞA
26 sentyabr 2026 11:00 (UTC +04:00)

FİFA-dan “Fənərbağça”ya SƏRT QADAĞA

0

FIFA-nın açıqladığı transfer qadağaları siyahısında “Fənərbağça” klubunun da adı yer alıb. 

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, İstanbul təmsilçisinə 3 transfer dövrü müddətinə qadağa tətbiq olunub.

Məlumata görə, lakin bununla belə, klub müəyyən şərti yerinə yetirdiyi halda qadağadan azad ola bilər.

FIFA sistemində yer alan məlumatlara əsasən, müvafiq dosyedə göstərilən məbləğin ödənilməsi halında “Fənərbağça”ya tətbiq edilən transfer qadağasının ləğv edilə biləcəyi bildirilir.

“Fənərbağça”ya tətbiq olunan sanksiyanın hansı işlə bağlı olduğu və həmin iş çərçivəsində tələb edilən ödənişin məbləği barədə hələlik məlumat verilməyib.

Klub da məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 106

Oxşar yazılar