Nəsimi rayonunda taksi sürücüsünü soydular
02 noyabr 2010 15:15 (UTC +04:00)

Nəsimi rayonunda taksi sürücüsünü soydular

Rayon Polis İdarəsindən Lent az-a verilən məlumata görə, müştəri kimi “Azsamand” markalı taksi maşınına əyləşən 3 nəfər naməlum şəxs öz aralarında mübahisə edib.

Daha sonra “müştərilər” sürücüyə maşını kənarda saxlamağı və üstündə olan pulları verməyi tələb ediblər. Sürücü Şükürov Elçin Rizvan oğlu polisə verdiyi izahatda bildirib ki, naməlum şəxslər ona bıçaqla hədə-qorxu gələndən sonra 80 manat pulunu mənimsəyiblər.

Nəsimi Polis İdarəsinin rəis müavini Vaqif Müslümovun verdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi açılıb. Naməlum şəxslərin axtarışı davam etdirilir.

Natiq Qədimov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523

Oxşar yazılar