Cəbhə xəttində monitorinq insidentsiz ötüşüb
03 noyabr 2010 14:42 (UTC +04:00)

Cəbhə xəttində monitorinq insidentsiz ötüşüb

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiks və Xristo Xristov, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus, səhra köməkçiləri Uilyam Praroy və Jaslan Nurtazin keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584

Oxşar yazılar