Yaxınlarının evindən televizor oğurlayan qadın tutulub
Oktyabrın 31-də Bakının Nərimanov rayonunda baş vermiş cinayət hadisəsinin üstü açılıb. Rayon sakini Aygül Babayevanın mənzilindən oğurluq edən şəxs yaxalanıb.
Nərimanov rayon polis idarəsindən Lent.az-a verilən xəbərə görə, həmin gün ərizə ilə polisə məlumat verən Babayeva vaxtaşırı olaraq mənzilindən əşyalarının naməlum şəraitdə itdiyini bildirib.
Qadının sözlərinə görə, sonuncu dəfə evdə televizorun yoxa çıxması onu çox məyus edib. Polisə müraciət etməsinin səbəbi də elə bu olub.
İstintaq araşdırmaları nəticəsində məlum olub ki, mənzildən oğurluq edən şəxs ailəyə yaxın adam imiş.
Saxlanılan Yaqut Mustafayeva polisə verdiyi ifadəsində maddi imkansızlığı bəhanə gətirərək, etibardan sui-istifadə etdiyini etiraf edib.
Faktla bağlı araşdırmalar gedir .
Natiq Qədimov

Oxşar yazılar

Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12
Xaçmazda "Range Rover" çaya aşdı
12 iyul 2025 , 23:01
Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55
Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00