Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub
04 noyabr 2010 12:07 (UTC +04:00)

Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub

0
Noyabrın 4-də Bakının Nəsimi rayonu ərazisində “Nissan Sunny” markalı avtomobillə iritutumlu marşrut avtobusu toqquşub. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, hadisə Mirəli Qaşqay və Hənifə Ələsgərova küçələrinin kəsişməsində baş verib.

Qəzaya səbəb kimi “Nissan Sunny”nin işıqforun qırmızı işığını gözləməməsi göstərilir.

“Nissan Sunny”nin sürücüsü yaralanıb. O təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 502

Oxşar yazılar