5 kişi 2 ofisiantı döyüb, 57 manat pullarını alıb
04 noyabr 2010 12:52 (UTC +04:00)

5 kişi 2 ofisiantı döyüb, 57 manat pullarını alıb

0
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 5 nəfərdən ibarət qrup 1992-ci il təvəllüdlü Baxşəliyev Cəlal Nazim oğlunu və 1985-ci il təvəllüdlü Əliyev Cavanşir Elbəy oğlunu döyüb. Sonra isə həmin şəxslərin üstündəki 57 manat pulu və mobil telefonu götürərək, qaçıblar.

Hadisəni törədən Xəyal Süleymanov və Rövşən Əhmədov tutulublar. Əməliyyat tədbirləri zamanı X.Süleymanouvun başqa bir cinayət əməli ilə bağlı axtarışda olduğu üzə çıxıb. Digər 3 nəfərin də axtarışları davam edir.

Qeyd edək ki, zərərçəkənlər rayonun Qaraqoyunlu kəndinin sakinləri olub. Onlar Bərdədəki şadlıq evinin birində ofisiantlıq edirmiş. Hadisə gecə saatlarında, zərərçəkənlərin işdən çıxdığı vaxt baş verib.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 589

Oxşar yazılar