Dövlət Komissiyası əsirlikdəki vətəndaşımızın qaytarılması barədə məlumat yayıb
04 noyabr 2010 14:24 (UTC +04:00)

Dövlət Komissiyası əsirlikdəki vətəndaşımızın qaytarılması barədə məlumat yayıb

APA-nın xəbərinə görə, komissiyanın rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, 4 noyabr 2010-cu il tarixdə Qazax rayonu ərazisində, qoşunların təmas xəttində 11 sentyabr 2010-cu il tarixdə Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış, 5 oktyabr 2010-cu il tarixdə saxlandığı kamerada özünü asaraq intihar etmiş Ermənistan vətəndaşı Sarıbekyan Manvel Mamikonoviçin meyiti qarşı tərəfə təhvil verilib.

Eyni zamanda Ermənistan tərəfi 28 dekabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndi ərazisində girov götürülmüş Azərbaycan vətəndaşı Tağıyev Eldar Heydər oğlunu Azərbaycan tərəfə qaytarıb.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Qeyd edək ki, Tovuz rayon Əlibəyli kənd sakini, 1963-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlu 2009-cu il dekabrın 28-i, saat 18.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində, təmas xəttinin yaxınlığında atəşə tutulub, daha sonra erməni hərbçiləri tərəfindən girov götürülüb.

Manvel Sarıbekyan bu il sentyabrın 11-də cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanıb. O, oktyabrın 5-də gecə saat 3-də
müvəqqəti saxlama yerində köynəyi ilə yataq mələfəsini bir-birinə düyünləyərək özünü asıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 729

Oxşar yazılar

Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12
DTX-nın saxladığı  icra başçısı  həbs olundu

DTX-nın saxladığı icra başçısı həbs olundu

21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı,  türkmənistanlı sürücü öldü

Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü

21 iyun 2025 , 19:47
Dünən itkin düşən 9 nəfər  tapıldı

Dünən itkin düşən 9 nəfər tapıldı

21 iyun 2025 , 17:42
Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

21 iyun 2025 , 16:42
Bakıda mikroavtobusla avtobus toqquşdu

Bakıda mikroavtobusla avtobus toqquşdu

21 iyun 2025 , 16:31
Mikroavtobus minik maşını ilə toqquşdu: 4 nəfər yaralandı - YENİLƏNİB

Mikroavtobus minik maşını ilə toqquşdu: 4 nəfər yaralandı - YENİLƏNİB

21 iyun 2025 , 15:52