Masallıda qəribə qəza: 4 yaralı
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayon sakini Qadir Abdullayevin idarə etdiyi “VAZ 2107” markalı maşın Ramil Şəkərovun sürdüyü “VAZ 2101”lə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Lakin həmin vaxt qəsəbə ərazisindən keçən Çaxırlı kənd sakini Elxan Ağayev idarə etdiyi “VAZ-2106” ilə hadisə baş verən əraziyə toplaşmış insanları vurub. Belə ki, axşam saatlarında ərazi işıqlandırılmadığından, o, qəzaya tamaşa etməyə toplaşmış şəxsləri görməyib. Nəticədə 4 nəfər - Qadir Abdullayev, Hünər Həsənov, Rəşad Əkbərov və Tərlan Rəhmətov ağır bədən xəsarəti alıblar. Onların vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.
Qeyd edək ki, Q.Abdullayev birinci qəzada iştirak etmiş “VAZ 2107”nin sürücüsüdür. O, bir neçə dəqiqə ərzində iki qəza keçirib və sağ qalmağı bacarıb.
Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Oxşar yazılar

Salyanda AĞIR QƏZA, 3 nəfər öldü
13 iyul 2025 , 15:50
İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum oldu -YENİLƏNİB
13 iyul 2025 , 15:14
Naxçıvanda 34 yaşlı kişi qətlə yetirilib, onu öldürməkdə əmisi şübhəli bilinir
13 iyul 2025 , 13:21
Aeroport yolunda QƏZA
13 iyul 2025 , 12:42
Sumqayıtda güllələnmə: bir nəfər öldü
13 iyul 2025 , 11:50
Qazaxda əkin sahəsində FACİƏ: traktorda kişi meyiti tapıldı
13 iyul 2025 , 11:34
Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi
13 iyul 2025 , 11:28