Eldar Sultanov: “Taksi sürücüsünün ölümü ilə bağlı ekspertiza təyin edilib”
Bu barədə Lent.az-a açıqlamasında Respublika Prokurorluğunun mətbuat xidmətinin rəisi Eldar Sultanov məlumat verib: “Hazırda Nərimanov rayon prokurorluğu tərəfindən müvafiq araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq toplanmış sübutlara hüquqi qiymət veriləcək və müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.
Xatırladaq ki, hadisə noyabrın 4-də Nərimanov rayonu Xəqani küçəsində, “Yaşıl bazar”ın yaxınlığında baş verib. Nəqliyyat Departamentinin işçisi Faiq Abbasəliyevlə taksi sürücüsü Böyükağa Həsənov arasında mübahisə düşüb. Onlar arasında əlbəyaxa dava olub. Təxminən bir saat davam edən mübahisədən sonra 59 yaşlı sürücü qəfildən dünyasını dəyişib. İlkin ehtimal kimi B.Həsənovun ürək tutmasından öldüyü bildirilir.
Qeyd edək ki, atasının öldüyünü eşitdikdən sonra hadisə yerinə gələn B.Həsənovun oğlu meyiti aparmaq istəsə də, buna nail ola bilməyib və bu zaman da mübahisə yaranıb.
Meyit isə hüquq-mühafizə orqanları tərəfindən ekspertizaya aparılıb. Şahidlərin dedikləri təsdiqini taparsa, Cinayət Məcəlləsinin 125-ci i (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi qaldırılacağı istisna deyil .
Natiq Qədimov

Oxşar yazılar

Sumqayıtda kişi meyiti tapıldı
21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü
21 iyun 2025 , 20:12
DTX-nın saxladığı icra başçısı həbs olundu
21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü
21 iyun 2025 , 19:47
Dünən itkin düşən 9 nəfər tapıldı
21 iyun 2025 , 17:42
Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır
21 iyun 2025 , 16:42
Bakıda mikroavtobusla avtobus toqquşdu
21 iyun 2025 , 16:31