Xaçmazda 700 ot bağlaması yanıb
0
0
Xaçmaz rayonunda yanğın baş verib. Yanğın rayonun Qaraçay-Ceg kəndində ötən gün qeydə alınıb.
Kənd sakini Müzəffər Sultanova məxsus ot tayası yanaraq külə dönüb. Alovun söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub. Günorta saatlarında başlayan yanğın 4 saat sonra söndürülüb.
Xaçmaz DYMH-dən Lent.az-a verilən məlumata görə, Müzəffər Sultanova məxsus 700 ot bağlaması yanıb. Kənd sakinlərinin bildiriblər ki, yanğına azyaşlı uşaqların ot tayasının yanında ocaq qalaması səbəb olub. Yanğının hansı səbəbdən baş verməsi FHN-nin DYMH-nin əməkdaşları tərəfindən araşdırılır.
Vəli Turan