Neft Akademiyasındakı terrorda yaralananlardan biri evə buraxıldı
0
0
2 nəfər isə reanimasiyadan çıxarılaraq palataya yerləşdirilib
Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror zamanı yaralanan şəxslərdən 1 nəfəri evə buraxılıb, 2 nəfər isə reanimasiyadan çıxarılaraq palataya yerləşdirilib.
1 saylı xəstəxananın cərrahiyyə şöbəsinin baş həkiminin müavini Adil Salahovun Lent.az-a verdiyi məlumata görə, reanimasiya şöbəsində yatan akademiyanın dosenti Faiq Rüstəmbəyli artıq evə buraxılıb. Neft Akademiyasında laborant işləyən Zemfira Hüseynli və Ervin Cəmiyev isə reanimasiyadan çıxarılaraq palataya yerləşdiriliblər. Xəstəxanada yatan digər yaralıların isə bir həftə ərzində evə buraxılacaqları gözlənilir.
Reanimasiyadan çıxan Zemfira Hüseynli Lent.az-ın əməkdaşı ilə söhbətində təhsil ocaqlarındakı təhlükəsizliyin yüksək səviyyədə qorunmasının vacibliyini deyib: “Axı nəyə görə məni kimsə vurmalıdır? Bu hadisə sabah sizin, mənim övladlarımın, hər kəsin başına gələ bilər. Əgər təhlükəsizlik qorunsaydı, mənim içəri daxil olmaq üçün vəsiqəm olsaydı göstərib keçərdim. Hər hansı bir terrorçu gəlib bu hadisəni törədə bilməzdi. Nə qədər cavanlar öldülər, yaralandılar. Təhlükəsizliyə fikir vermək lazımdır”.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Akademiyasında baş verən hadisə zamanı 13 nəfər ölüb, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Şəhriyar Əlizadə

Oxşar yazılar

Biləcəridə AĞIR QƏZA: 2 ölü, 3 yaralı - VİDEO - YENİLƏNİB
6 sentyabr 2025 , 11:45
Qəbələdə FACİƏ: 90 yaşlı qadın pilləkəndən yıxılıb öldü
6 sentyabr 2025 , 10:51
Zaqatala sakini Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU
6 sentyabr 2025 , 10:20
Qazaxda hamı bu kişini axtarır
6 sentyabr 2025 , 09:59
Daşkəsəndə iki nəfəri bıçaqladılar
6 sentyabr 2025 , 01:17Qəza Bakı-Sumqayıt yolunda tıxac yaratdı
5 sentyabr 2025 , 20:55
Bir sıra cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşlarının ibtidai istintaqa ifadələrinin məhkəmədə elan olunması başa çatıb
5 sentyabr 2025 , 20:18