Ev heyvanı yox, robot dost:  süni intellektli “kiber-pişik”  təqdim edildi
30 avqust 2026 01:26 (UTC +04:00)

Ev heyvanı yox, robot dost: süni intellektli “kiber-pişik” təqdim edildi

0

Süni intellektlə işləyən yeni robot ev heyvanı ailə üzvlərinin səsini, üz ifadələrini və gündəlik davranışlarını tanımağa imkan verən texnologiya ilə təqdim olunub.

Lent.az xəbər verir ki, bu barədə GlobeNewswire məlumat yayıb.

OlloNi SS1 adlı robot iki əsas və bir əlavə ekranla təchiz edilib. Qurğunun ən maraqlı xüsusiyyətlərindən biri “Red Heart” adlandırılan çıxarıla bilən yaddaş moduludur.

İstehsalçı bildirir ki, robot ailə üzvləri ilə uzunmüddətli emosional əlaqə yaratmaq üçün nəzərdə tutulub. Yəni gələcəyin ev heyvanı yemək və baytar xərci tələb etməyəcək, amma yenə də sizinlə “danışacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 138

Oxşar yazılar