AZAL-ın kassa şəbəkəsində kompüter sistemi sıradan çıxıb
0
0
Bu gün səhər saatlarında «Azərbaycan Hava Yolları» QSC-nin kassa şəbəkəsində kompüter sistemi sıradan çıxdığından bilet satışı dayanıb.
«APA-ECONOMICS»in məlumatına görə, saat 16:00-dək AZAL-ın kassaları bilet satışını həyata keçirməyib. Sərnişinlərə bildirilib ki, mərkəzləşdirilmiş kompüter şəbəkəsində baş verən problem nəticəsində boş yerlər və bron yerlər barədə məlumatları müəyyənləşdirmək mümkün olmadığından bilet satışı dayandırılıb.
AZAL-ın mətbuat xidmətindən «APA-ECONOMICS»ə saat 17:00 radələrində problemin aradan qaldırıldığı və bilet satışının bərpa olunduğu bildirilib. Lakin şirkət rəsmiləri problemin yaranma səbəblərini açıqlamırlar.
Xatırladaq ki, ötən həftə analoji problem Bakı Dəmiryolu Vağzalının kompüter şəbəkəsində yaranıb.

Oxşar yazılar

Biləcəridə AĞIR QƏZA: 2 ölü, 3 yaralı - VİDEO - YENİLƏNİB
6 sentyabr 2025 , 11:45
Qəbələdə FACİƏ: 90 yaşlı qadın pilləkəndən yıxılıb öldü
6 sentyabr 2025 , 10:51
Zaqatala sakini Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU
6 sentyabr 2025 , 10:20
Qazaxda hamı bu kişini axtarır
6 sentyabr 2025 , 09:59
Daşkəsəndə iki nəfəri bıçaqladılar
6 sentyabr 2025 , 01:17Qəza Bakı-Sumqayıt yolunda tıxac yaratdı
5 sentyabr 2025 , 20:55
Bir sıra cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşlarının ibtidai istintaqa ifadələrinin məhkəmədə elan olunması başa çatıb
5 sentyabr 2025 , 20:18