"Azərbaycanfilm"in  İTV-yə qarşı iddiası təmin olunmadı
27 may 2009 13:00 (UTC +04:00)

"Azərbaycanfilm"in İTV-yə qarşı iddiası təmin olunmadı

0
Bu gün Bakı Apellyasiya Məhkəməsinin İqtisadi Mübahisələrə dair işlər üzrə Kollegiyasında "Azərbaycanfilm" Kinostudiyası və Professional Kinorejissorlar Gildiyasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə qarşı qaldırdığı iddiaya dair Bakı 1 saylı Yerli İqtisad Məhkəməsinin 3 mart 2009-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılıb.

İctimai Televiziyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məhkəmə kollegiyası tərəflərin təqdim etdikləri sübutlar və izahatları hərtərəfli araşdıraraq məhkəmənin 27 may 2009-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti əsassız olduğu üçün təmin etməyib, Bakı 1 saylı Yerli İqtisad Məhkəməsinin 3 mart 2009-cu il tarixli qətnaməsini qüvvədə saxlayıb.

Qeyd edək ki, Bakı 1 saylı Yerli İqtisad Məhkəməsinin 3 mart 2009-cu il tarixli qətnaməsi ilə "Azərbaycanfilm" Kinostudiyası və Professional Kinorejissorlar Gildiyasının üzərinə İctimai Televiziya ilə Azərbaycan filmlərinin yayımı, qonararın həcmi və hesablanmasını tənzimləyən qanunamüvafiq müqavilənin imzalanmasına dair öhdəlik qoyulub.

Şəhriyar Əlizadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1021

Oxşar yazılar