Səfirin bağına basqın edilməsi barədə məlumat təsdiqlənmədi
02 iyun 2009 18:45 (UTC +04:00)

Səfirin bağına basqın edilməsi barədə məlumat təsdiqlənmədi

“Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Bakının Nardaran qəsəbəsində yerləşən bağına basqın olması barədə yayılan informasiyalar yalandır”.

Bunu APA-ya açıqlamasında Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi Zaur Bədəlov deyib. Bölmə rəisinin dediyinə görə, Polad Bülbüloğlunun bağ evi Nardaran və Kürdəxanı qəsəbələri arasında yerləşir: “Səfirin bağ evinin yanında isə boş torpaq sahəsi var. Başqa bir vətəndaş oranı hasara alaraq qanunsuz ələ keçirmək istəyib. Polad Bülbüloğlunun evini mühafizə edən şəxslər də hasarı uçuraraq ərazini təmizləyiblər”.

Z. Bədəlov bu məsələ ilə bağlı polisə heç bir müraciətin olunmadığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, bəzi mətbuat orqanları Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Bakının Nardaran qəsəbəsində yerləşən bağına basqın edilməsi və bağ evinin 25 metrədək hasarının dağıdılması barədə məlumat yayıb.
# 625

Oxşar yazılar